IT · İCMA · VEB PLATFORM

Kodbaza

Azərbaycan IT icması üçün hazırlanmış Kodbaza developer, işəgötürən və texnologiya sahəsində karyera qurmaq istəyən istifadəçiləri vahid platformada birləşdirən geniş funksionallı rəqəmsal məhsuldur. Platformanın əsas istiqamətlərindən biri IT vakansiyalarının vahid bazada toplanması və istifadəçinin texnologiya, təcrübə səviyyəsi və digər meyarlar üzrə uyğun elanları daha rahat tapmasına imkan yaratmaqdır. Developer profili vasitəsilə istifadəçilər texnologiya stack-lərini, layihələrini, GitHub hesablarını və peşəkar məlumatlarını təqdim edə, digər developer profillərini araşdıra və IT icması daxilində əlaqələr qura bilirlər. Telegram bildiriş sistemi istifadəçinin seçdiyi filtrlərə uyğun yeni vakansiya yayımlandıqda məlumatın avtomatik olaraq çatdırılmasına imkan verir. Platforma bununla məhdudlaşmır. İcma paylaşımları, frilans elanları, imtahan və sertifikat sistemi, portfolio və CV imkanları, mesajlaşma, bildirişlər və canlı yayım kimi müxtəlif funksiyalar vahid ekosistem daxilində inkişaf etdirilir. Layihənin texniki arxitekturasında dinamik istifadəçi məzmunu, real-time funksionallıq, bildirişlər və gələcəkdə yeni modulların əlavə olunması nəzərə alınıb. Kodbaza sadəcə vakansiya saytı kimi deyil, Azərbaycan texnologiya icmasının iş, əməkdaşlıq, professional profil və bilik mübadiləsi ehtiyaclarını bir platformada birləşdirən məhsul kimi qurulub.

Müştəri
Kodbaza
Sahə
İnformasiya Texnologiyaları
Platforma
İcma və Vakansiya Platforması
İl
2026
Müddət
Davam edən layihə
Rol
Backend Development, Sistem Arxitekturası, REST API, Real-time Funksionallıq, DevOps və İnfrastruktur
Kodbaza
Kodbaza — Key-Staydi Vizualı
İcmal

Azərbaycan IT icması üçün vakansiya və əməkdaşlıq ekosistemi

Kodbaza developer, işəgötürən və texnologiya mütəxəssislərini vahid platformada birləşdirən geniş funksionallı məhsuldur. Vakansiyalar, developer profilləri və icma funksiyaları bir ekosistemdə toplanır.

Müştəri
Kodbaza
Sahə
İnformasiya Texnologiyaları
Məkan
Bakı, Azərbaycan
Layihə Növü
İcma və Vakansiya Platforması
Göstərilən Xidmətlər
Backend Development, Sistem Arxitekturası, REST API, Real-time, DevOps
Platformalar
Web · Real-time · Telegram İnteqrasiyası
Müddət
Davam edən layihə
Vəziyyət
Davam edən inkişaf

Problem və Sınaq

Vakansiya bazası, developer profilləri, real-time mesajlaşma, Telegram bildirişləri, imtahan-sertifikat və canlı yayım kimi çoxsaylı funksiyaları vahid, genişlənə bilən sistemdə birləşdirmək əsas texniki çətinlik idi.

Həllimiz

Dinamik istifadəçi məzmunu, real-time funksionallıq və modul əlavəsini nəzərə alan sistem arxitekturası qurduq. Telegram inteqrasiyası ilə istifadəçinin filtrlərinə uyğun vakansiyalar avtomatik çatdırılır.

Oxşar Məhsul Planlaşdırırsınız?

Məqsədləriniz, çətinlikləriniz və vaxt çərçivəniz haqqında bizə danışın. ExpressCore sizə uyğun texniki həlli müəyyənləşdirməyə kömək edəcək.

Layihənizə Başlayın