BİZNES · TƏHSİL · DAŞINMAZ ƏMLAK

Leader Global

Leader Global üçün hazırlanmış çoxistiqamətli korporativ veb platforma şirkətin biznes və investisiya, təhsil və daşınmaz əmlak sahələrində təqdim etdiyi xidmətləri vahid rəqəmsal mühitdə birləşdirir. Layihədə fərqli auditoriyalara xidmət edən üç əsas fəaliyyət istiqamətinin eyni brend altında qarışıqlıq yaratmadan təqdim olunması əsas məsələlərdən biri olub. Bunun üçün xidmətlər əsas kateqoriyalar və onların daxilində ayrıca alt xidmətlər şəklində strukturlaşdırılıb. Biznes və investisiyalar bölməsində biznesin qurulması, miqrasiya və yaşayış dəstəyi, beynəlxalq əməkdaşlıq və ticarət istiqamətləri təqdim edilir. Təhsil bölməsində kurslar kateqoriyalar üzrə idarə olunur və istifadəçi uyğun təhsil proqramlarını ayrıca nəzərdən keçirə bilir. Daşınmaz əmlak istiqamətində icarə, alqı-satqı, əmlak idarəçiliyi və investisiya xidmətləri ayrıca təqdim olunur. Platformada xidmət və kurs detail səhifələri, kateqoriya strukturu, müştəri rəyləri, əlaqə formaları və digər korporativ məlumat bölmələri vahid idarəetmə məntiqinə uyğun qurulub. Nəticədə bir neçə fərqli biznes istiqamətini eyni platformada idarə etməyə və təqdim etməyə imkan verən, gələcəkdə yeni xidmət və kateqoriyalarla genişləndirilə bilən korporativ veb sistem hazırlanıb.

Müştəri
Leader Global
Sahə
Biznes Konsaltinq, Təhsil və Daşınmaz Əmlak
Platforma
Çoxistiqamətli Korporativ Platforma
İl
2026
Müddət
Layihə əsaslı
Rol
Full-stack Development, Backend, Frontend, CMS və Kontent Arxitekturası
Leader Global
Leader Global — Key-Staydi Vizualı
İcmal

Üç fərqli biznes istiqamətini idarə edən çoxfunksiyalı platforma

Leader Global-un biznes və investisiya, təhsil və daşınmaz əmlak sahələrini vahid rəqəmsal mühitdə birləşdirən korporativ platforma hazırladıq. Hər istiqamət öz kateqoriya və alt xidmət strukturuna malikdir.

Müştəri
Leader Global
Sahə
Biznes Konsaltinq, Təhsil və Daşınmaz Əmlak
Məkan
Bakı, Azərbaycan
Layihə Növü
Çoxistiqamətli Korporativ Platforma
Göstərilən Xidmətlər
Full-stack Development, CMS, UI/UX Dizayn, Kontent Arxitekturası
Platformalar
Web · Responsiv (Desktop və Mobil)
Müddət
Layihə əsaslı
Vəziyyət
Aktiv istifadədədir

Problem və Sınaq

Bir-birindən tamamilə fərqli üç biznes istiqamətini eyni brend altında qarışıqlıq yaratmadan təqdim etmək əsas çətinlik idi. Hər auditoriya öz ehtiyacına uyğun məzmuna rahat çatmalı idi.

Həllimiz

Xidmətləri əsas kateqoriyalar və alt xidmətlər şəklində strukturlaşdırdıq, idarəolunan CMS sistemi qurduq. Bu, gələcəkdə yeni xidmət və kateqoriyalarla asan genişlənməyə imkan verir.

Oxşar Məhsul Planlaşdırırsınız?

Məqsədləriniz, çətinlikləriniz və vaxt çərçivəniz haqqında bizə danışın. ExpressCore sizə uyğun texniki həlli müəyyənləşdirməyə kömək edəcək.

Layihənizə Başlayın